Adam Markus
Ssenarist, rejissor, prodüser, aktyor
Adam Markus – amerikalı rejissor, ssenarist, prodüser, aktyor və operatordur. 1968-ci ildə ABŞ-ın Konnektikut ştatının Vestport şəhərində anadan olub. Nyu-York Universiteti nəzdində Tiş İncəsənət Ali Məktəbində oxuyub. Kinoda “Ceyson cəhənnəmə yollanır: Sonuncu cümə” (1993) filmində rejissor, ssenarist və aktyor qismində debüt edib. Film ona böyük uğur qazandırıb. Digər rejissor işləri arasında “Qoy qar yağsın” (1999), “Makfersonun şərəf məsələsi” (2008), “Gizli Santa” (2018) filmlərini misal çəkmək olar. 2013-cü ildə “Elektrik mişarı ilə Texas qırğını 3D” qorxu filminin ssenaristlərindən biri olub. Bundan başqa 2015-ci ildə ekranlara çıxan “Sürətlənmə” filminin ssenari həmmüəllifidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: