Stiven S. Kampanelli

Stiven S. Kampanelli

Rejissor, operator, prodüser

BİOQRAFİYA

Stiven Kampanelli kanadalı kinooperator və rejissordur. Uzun müddət Klint İstvudun çəkiliş heyətinin üzvü olub. İngilis dilindən savayı fransız dilində səlis danışa bilir. Anası Karmela İtaliyadan Kanadaya köçən mühacir olub. Uşaqlığı Monreal şəhərində keçib. Kovboy filmlərini çox sevən Stivenin kumiri məhz Klint İstvud olub. Aktyoru o qədər sevib ki, sevimli itinə “Klint” adını qoyub. Əlinə ilk dəfə kameranı Qvebek əyalətində Marianopolis Kollecində oxuduğu illərdə alıb. 1978-ci ildə universiteti bitirib. Daha sonra Monrealın Konkordia Universitetinə daxil olub, 1983-cü ildə incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Təhsil aldığı illərdə çəkdiyi “Pıçıltıdan Qışqırığa” adlı qısametrajlı filmə görə tələbələr arasında keçirilən kino müsabiqədə birinci yerə çıxıb. Operator olaraq böyük kinoda debütünü “Küftələr 3" (Meatballs III) filmində edib. Daha sonra Cek Qrinlə sıx əməkdaşlıq edib. Daha sonra Cek Qrin onu Klint İstvuda tərifləyərək, onunla tanış edib. Kampanellini ABŞ-a işləməyə dəvət edən İstvud, onun miqrasiya ilə bağlı bütün sənədləşmə işlərini öz üzərinə götürür. Beləcə “yaşıl kart” aldıqdan sonra İstvudun prodakşn heyətinin üzvünə çevrilir. Onunla bir çəkdiyi ən tanınmış filmlər “Oskar” mükafatı laureatı olan “Bir milyonluq qız” idman-melodram filmi və real hadisələr əsasında lenta alınmış “Hudzon üzərində möcüzə” filmi hesab olunur. İstvudun rəhbərliyi altında ümumilikdə 20 ilə yaxın işləyib. Rejissor debütünü 2015-ci ildə kəskin süjetli “Sürətlənmə” filmi ilə edib. Baş rollarda Olqa Kurilenko və Morqan Frimen kimi ulduzlar çəkilib. Ceyms Pürefoy isə baş antaqonisti canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Stephen_Campanelli

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç