Ceyms Dreyfus
Aktyor
Ceyms Dreyfus ingilis televiziya və kino aktyorudur. Televiziyada ən yadda qalan rolları “Nazik mavi xətt” sitkomunda polis zabiti Kevin Qudi, “Gimme, Gimme, Gimme” serialında Tom Farel rolu sayılır. 9 oktyabr 1968-ci ildə Fransada doğulsa da, körpə yaşlarında ailəsi İngiltərəyə köçüb. İbtidai və orta təhsilini Harrou məktəbində alıb, daha sonra Kral Dram-İncəsənət Akademiyasında təhsilini davam etdirib. Yeniyetməlik illərində valideynləri boşanıb. 1998-ci ildə Milli Teatrda qoyulan “Qara geyimli xanım” tamaşasında oynadığı rola görə "ən yaxşı ikincidərəcəli aktyor" kateqoriyasında “Musical Olivier Award” mükafatına layiq görülüb. Televiziyada debütü BBC telekanalında yayımlanan “Sadəcə fantastika” komedik teleserialında baş tutub. Daha sonra “Nazik mavi xətt” sitkomunda polis zabiti Kevin Qudi obrazını yaradıb. “Gimme, Gimme, Gimme” teleserialında Lindanın homoseksual otaq yoldaşı Tom Farel rolunun öhdəsindən gəlib. “Amerikalı” adlı sitkomda baş qəhrəman Bette Midlerin tərəf müqabili olub. 2004-cü ilin noyabrında DreyfusMel Bruksun “Prodüserlər” adlı musiqili tamaşasının London premyerasında Karmen Qiya rolu ilə böyük səhnəyə çıxıb. Tamaşanın uğurundan sonra 10 ay ərzində (2005-ci ilin avqustuna qədər) həmin rolu ifa edib. BBC 1 telekanalında yayımlanan “Mənim qəhrəmanım” adlı komediyada Termoman rolunu oynayıb. 2004-cü ildə “Çörçill: Hollivud illəri” adlı komediya filminə baş rola çəkilib. Daha çox “Nottinq Hill”, “Nazik mavi xətt” (1995-1996 – teleserial), “Çörçill müharibəyə gedir” (2004) filmlərinə görə tanınır. Aktyor karyerası ərzində ümumilikdə 36 televiziya filmi və bədii filmə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: