Riçard MakKeyb
Aktyor
Riçard MakKeyb şotlandiyalı teatr və kino aktyorudur. 1960-cı ildə Qlazqo şəhərində anadan olub. Atası şotlandiyalı, anası fransızdır. Atasının erkən ölümü və anasının ikinci evliliyindən sonra İngiltərənin Sasseks əyalətinə köçüb. İndiyə kimi vətəndaş nikahında olduğu həyat yoldaşı, səhnə və kino rəssamı Fotini Dimo ilə Sasseksdə yaşayır. Karyerası ərzində çoxsaylı televiziya, teatr və kino layihələrində iştirak edib. 2013-cü ildə “Audiensiya”tamaşasına görə ən yaxşı aktyor kateqoriyasında “Toni” mükafatına layiq görülüb. Böyük ekranlarda daha çox “Sadiq bağban” (2005), “Dənizlərin hökmdarı”(2003), “Nottinq Hill” (1999), “Bəsirət gözü” (2015) filmlərində oynadığı rollarla yadda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: