Trevor Cons
Bəstəkar
Trevor Cons 23 mart 1949-cü ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində anadan olub. 17 yaşı olanda Keyptaun universitetinin vitse-kansler təqaüdü ilə London Musiqi Akademiyasında 4 il musiqi təhsili alıb. Oxuduğu illərdə kompozisiya, dirijorluq, orkestrovka, fortepianonu öyrənib. Akademiyada çoxsaylı mükafatlar qazanıb. BBC-də klassik musiqi şərhçisi vəzifəsinə təyin olunub, altı ilə yaxın bu vəzifədə qalıb. Paralel olaraq İngiltərənin York universtitetində təhsil alıb. Professor Uilfrid Mellersin rəhbərliyi altında caz, pop, rok, xalq, etnik musiqisi, 20-ci əsr avanqardı, elektron musiqi, akustika üzrə təhsil alır və bakalavr daha sonra magistr dərəcəsi əldə edərək, universiteti fərqlənmə ilə bitirir. Trevor Cons İngiltərənin Milli Kino və Televiziya Məktəbində təhsil alan ilk bəstəkar olur. Tələbə yoldaşları ilə 1980-ci ildə çəkdiyi və musiqisini bəstələdiyi “Dolların təməli” adlı qısametrajlı film “Oskar” mükafatı qazanıb. Daha sonra təhsilini Şərqi İngiltərə universitetində davam etdirib. 2005-ci ildə arxiyepiskop Desmond Tutuona, Qərbi-Kap Universitetinin fəxri elmlər doktoru adını verib. Karyerası ərzində kino və televiziya üçün yüzdən çox kompozisiya yaradıb. Həmçinin dram və balet tamaşaları üçün musiqi yazır. Devid Boui, Stinq, U2, Şineyd Okonor, Britni Spirs, Elvis Kostello kimi ulduzlarla əməkdaşlıq edib. Kinoda daha çox “Sonuncu Mogikkan” (1992), “Qayalara dırmanan” (1993), “Nottinq Hill” (1999), “Qara şəhər” (1998) filmlərinin bəstəkarı kimi tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D...