Con Medden
Rejissor, prodüsser, ssenarist
Con Medden 8 aprel 1949-cu ildə Britaniyanın Hempşir şəhərində anadan olub. 1970-ci ildə Kembric universitetini bitirib. İngiltərədə əvvəl teatr sahəsində çalışıb. 70-ci illərin ortalarında ABŞ-a köçür, 80-ci illərdə isə yenidən vətənə qayıdaraq televiziyada işləməyə başlayır. Kinorejissor olaraq debütünü 90-cı illərin əvvəllərində həyata keçirib. 1993-cü ildə “İtern Froum”, 1994-cü ildə “Qızıl qapılar” adlı filmləri ekrana çıxıb. Habelə ona şöhrət gətirən filmini, 1997-ci ildə lentə alıb. Kraliça Viktoriya haqqında “Missis Braun” adlı bədii filmdə baş rolu Cudi Denç ifa edib. Bir il sonra isə karyerasının ən uğurlu filmi “Vurğun Şekspir” komediyasını lentə alır. Film nə az, nə çox 13 “Oskar” nominasiyasına namizəd olub. Zərflərin açılmasından sonra kateqoriyalardan yeddisində qalib gəlib. Medden özü "ən yaxşı rejissor" kateqoriyasında namizəd olsa da, mükafat sonda “Sıravi Rayanı xilasetməli” filminin rejissoru Stiven Spilberqə nəsib olub. Film eyni zamanda 49-cu Beynəlxalq Berlin Kinofestivalında “Gümüş ayı” mükafatı ilə təltif olunub. 2001-ci ildə baş rollarda Penellopa Kruz və Nikolas Keycin oynadığı “Kapitan Korellinin seçimi” filmini ərsəyə gətirib. 2005-ci ildə Entoni Hopkinsin iştirakı ilə “Sübut” filmi ekranlara çıxıb. 2010-cu ildə isə “Borc” adlı casus trillerini lentə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Madden_(director)