Liza Kudrou
Aktrisa
Liza Valeri Kudrou-Stern amerikalı kinoaktrisa, prodüser və teleaparıcıdır. Daha çox NBC telekanalında uzun illər yayımlanan “Dostlar” adlı populyar sitkomda Fibi Buffe rolu ilə məşhurlaşıb. Həmin rola görə 1998-ci ildə “Emmi” mükafatına layiq görülüb. Komediya karyerasında “The Groundlings” truppasının tərkibində başlayıb. “Sənə dəli-divanəyəm” adlı sitkomda ikinci dərəcəli rol alıb (eksentrik ofisiant Fibi Buffe). NBC rəhbərliyi və yaradıcı heyəti onun bu personajın öhdəsindən layiqincə gəldiyini görərək, 1994-2004-cü illərdə yayımlanan “Dostlar” serialında baş obrazlardan birinə çevrilib. İki qat “ABŞ Aktyorları Gildiyasının” laureatıdır, bir dəfə “Emmi” mükafatı ilə təltif olunub. Karyerası ərzində 10 dəfə “Emmi” mükafatına namizəd olub. Televiziya komediyaları ilə yanaşı, böyük ekranlarda da kifayət qədər uğur qazanıb. “Seksin əksi” (1998) filmində oynadığı rola görə “ən yaxşı qadın rolu nominasiyasında “Azad ruh” mükafatına namizəd olub. Həmçinin “Romi və Mişel keçmiş məzunların yığıncağında” (1997), “Bunu təhlil et” (1999), “Onu təhlil et” (2002), “Seks qaydası 2: Heppilend” (2005) kimi komediya filmlərində çəkilib. Kudrou Los-Ancelesdə yəhudi ailəsində doğulub. Əcdadları Belarusun qərbindən (Minsk bölgəsi) ABŞ-a köçmüş mühacirlər olub. Valideynləri Bruklində böyüyüb, atası həkim işləyib. Kudrou 1995-ci ildən bəri “Dostlar” filminin çəkilişlərində tanış olduğu Mişel Sternlə evlidir. Onların birgə nikahdan 1998-ci il təvəllüdlü oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D0%B4%D1%80%D0%BE%D1%83,_%D0%9B%D0%B8%D0%B7%D0%B0