Endrü C. Koen
Ssenarist, rejissor
Endrü C. Koen amerikalı ssenarist və rejissordur. Daha çox 2014-cü ildə ekranlara çıxmış “Pis Qonşular” komediyasının ssenarinin həmmüəllifi (Brendan Obrayanla birgə) kimi tanınır. Tammetrajlı rejissor debütü olan “Ev” filmi 2017-ci ilin iyununda kinoteatrlarda nümayiş olunub. Koen və onun ssenarist dostu Brenda Obrayan Nyu-Yorkun Skarsdeyl rayonunda böyüyüblər. Hər ikisi Skarsdeyl orta məktəbində oxuyub, altıncı sinifdən bəri dostluq edirlər. Koen Yel Universitetində kinematoqrafiya ixtisası üzrə təhsil alıb. 2014-cü ildə Zak Efron və Set Roqenin baş rola çəkildiyi “Pis Qonşular” komediyasının ssenarisini yazıb (Brendan Obrayanla birgə). Rejissoru Nikolas Stoller olan film həmin il mayın 9-da böyük ekranlara çıxıb və tamaşaçı və tənqidçilərin müsbət rəyini qazanıb. Koen və Obrayan həmçinin 2016-cı ildə “Pis Qonşular 2” və “Toy kefi” (Dave Need Wedding Dates) filmlərinin ssenarisini yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linki basın: