Corc Finn

Corc Finn

Aktyor

BİOQRAFİYA

Cor Finn – gürcü əsilli amerikalı aktyordur. 21 yanvar 1990-cı ildə Tbilisidə ssenarist və rejissor ailəsində dünyaya göz açıb. Uşaqlığında adı Georgi Agiaşvili olsa da, ailəsi Los-Ancelesə köçdükən sonra soyadı və adını amerikalılaşdırıb. Kino, yaşadığı ailədə həyatın ayrılmaz hissəsi sayılıb. Belə atmosferdə böyüyən Finndə karyerasını kino sənayesində qurmağı qarşısına məqsəd qoyub. 2004-2007-ci illərdə yayımlanan “Başqa cürə” adlı yeniyetmə seriallarda ikinci plan rolu ilə aktyor debütünü edib. 2009-cu ildə “Linkolin Hayts” serialında uğurlu çıxışından sonra bir sıra televiziya layihələrinə dəvət alıb. “Sənin ananla necə tanış oldum” (2009-2010), “Açıq qalmış cinayət işləri (Cold case)” (2010), “Mentalist”(2014) kimi seriallarda müxtəlif rolları oynayıb. Eyni zamanda rejissor qardaşı Nika Agiaşvilinin çəkdiyi bir neçə filmə, o cümlədən, “Veronikanın acı həyatı” (2009), “Yaşıl Hekayə” (2012), “Səni sevirəm, Tbilisi” adlı bədii filmlərə çəkilib. 2012-ci ildə ekranlara çıxan “LOL” komediyasında Demi Mur və Mayli Sayrusla birgə baş rola (Çad roluna) dəvət alıb. 2014-cü ildə isə karyerasının ən uğurlu filmlərindən sayılan, 2014-cü ildə premyerası baş tutan “Zamanın səhvi” adlı elmi-fantastik trillerdə baş rollardan birini ifa edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/George_Finn

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç