Daniel Panabeyker

Daniel Panabeyker

Aktrisa, prodüser

BİOQRAFİYA

Daniel Nikol Panabeyker 19 sentyabr 1987-ci ildə Oqasta şəhərində (Corciya ştatı) anadan olub. 2001-ci ildə müxtəlif film və serialların çəkilişində aktiv şəkildə iştirak etməyə başlayıb. ABŞ televiziya seriallarının gənc ulduzu Key Panabeykerin böyük bacısıdır. Belə seriallar arasında “Qanun və qayda: Xüsusi korpus”, “Malkolm diqqət mərkəzində”, “CSI: Cinayət yeri” kimi populyar televiziya layihələrini sadalamaq olar. Kinoda daha çox 2014-cü ildə ekranlara çıxan “Zamanın səhvi” elmi-fantastik trillerində oynadığı rola görə tanınır. Daniel iki dəfə “Gənc aktyor” kinopremiyasının laureatı olub (2001-ci ildə “Müdafiəçi” teleserialında oynadığı rola görə, 2004-cü ildə isə “Devidin axtarışında” filmində oynadığı rola görə). Ancaq ona məşhurluq gətirən rol məhz bir il sonra premyerası baş tutan “Yüksək pilotaj” filmində oynadığı rol olur. 2016-cı ildə uzun illərdən bəri görüşdüyü Heyz Robbinsonla nişanlanıb. 2017-ci ildə cütlük rəsmi qaydada nikaha daxil olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Danielle_Panabaker

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç