Hel Liberman

Hel Liberman

Prodüser, aktyor

BİOQRAFİYA

Hel Liberman amerikalı kinoprodüser, aktyor və “Universal Pictures” şirkətinin prodakşn bölməsinin prezidentidir. Nyu-Yorkun Bronks rayonunda doğulub və boya-başa çatıb. Nyu-York dövlət universitetində bakalavr, Çikaqo Universitetində isə magistr dərəcəsi alıb. Karyerasına Uorren Bettinin “Cənnət gözləyə bilər” filmində prodüser köməkçisi kimi başlayıb. Növbəti səkkiz ili ssenarist kimi keçirib. 1987-ci ildə "Universal Pictures" şirkətində çəkilişlərində icraçı vəzifəsinə təyin olunub, vəzifədən vəzifəyə yüksələn Liberman 1994-cü ildə prodakşn bölməsinin prezidenti postuna gətirilib. Onun rəhbərliyi altında onlarla blokbaster filmlər istehsal olunub. Daha çox “Çaqqal” (1997), “Terminator 3” filmlərinin prodüseri kimi tanınır. 2000-ci ildə “Nəşəli İvan” filminin çəkilişləri və səsləndirilməsində (aktyor qismində) iştirak edib. Prodüser olaraq “Küçənin sonundakı ev” (2012), “Namizəd” (2011), “Qurban üçün vakansiya 2” (2008), “Qurban üçün vakansiya” (2007), “Terabityeyə körpüsü” (2007), “80 gün dünya ətrafında” (2004), “Terminator 3” (2003), “U-571"(2000), “Çaqqal” (1997) kimi filmlərə prodüserlik edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Hal_Lieberman

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç