Devid Dobkin
Rejissor, ssenarist, prodüser
Devid Dobkin 1969-cu ildə ABŞ-ın Vaşinqton şəhərində anadan olub. Kinokaryerasına Nyu-York kinoməktəbinə daxil olmazdan əvvəl, Con Şlezingerin assistenti olaraq “İnananlar” (1987) filminin çəkilişlərində başlayıb. Təhsili başa vurduqdan sonra Los-Ancelesə yollanıb və videokliplər çəkib. Daha sonra reklam çarxlarının yaradılması ilə məşğul olub. 1998-ci ildə ildə tammetrajlı filmi ilə rejissor debütünü edib. Ridli və Toni Skott qardaşlarının “Scott Free” prodakşn şirkəti, ilk filmlərini məhz Dobkina həvalə ediblər. Söhbət baş rola Vins Von və Xoakin Feniksin çəkildiyi “Hədəflər” adlı “qara” komediyadan gedir. Dobkinin növbəti rejissor işi Ceki Çan və Ouen Uilsonun çəkildiyi “Şanxay günortası” filminin sikveli “Şanxay cəngavərləri” filmi olur, böyük ekranlara 2002-ci ildə çıxır. Daha çox “Hakim” (2014), “Kabus patrul” (2013), “Kral arturun qılıncı” (2017) filmlərinin rejissor və prodüseri kimi tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linki basın:
https://www.vashdosug.ru/person/Devid-Dobkin/