Klint Mensell
Bəstəkar
Klint Mensell 7 yanvar 1963-cü ildə İngiltərənin Koventri şəhərində doğulub. Britaniyalı musiqiçi, bəstəkar və “Pop Will Eat Itself” qrupunun keçmiş üzvüdür. Darren Aronofski və Dunkan Cons kimi məşhur rejissorlarla əməkdaşlıq edir və onların çəkdiyi filmlərə saundtreklər yazır. Mensell karyerasına “Pop Will Eat Itself” Britaniya qrupunun frontmeni olaraq başlayıb. Həmçinin “Nine Inch Nails” qrupunun “The Fragile” albomunun yazılmasında qonaq ifaçı olaraq iştirak edib. 1996-cı ildə “Pop Will Eat Itself” qrupunun dağılmasından sonra həmin vaxtlar hələ çox tanınmayan dostu Darren Aronofskidən debüt filmi olan “Pi”yə saundtrek yazmaq təklifi alır. Filmin fantastik uğuruna baxmayaraq, Mensellin işi kölgədə qalır və kinotənqidçilər və tamaşaçılar onunla maraqlanmır. Ancaq saundtrekin relizi IDM və elektronik musiqi həvəskarlarının qəlbini fəth edir. Ardınca Mensell Aronofskinin növbəti ekran işləri “Arzu naminə rekviyem” və “Fəvvarə” filmləri üçün saundtreklər yazır. "Fəvvarə" filminin musiqisi “Qızıl Qlobus” mükafatına namizəd olub. Mensell eyni zamanda “C.S.I: Cinayət yeri – Nyu-York” serialının pilot epizodunun və Dunkan Consun rejissor debütü olan “Ay 2112” filminin bəstəkarıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Clint_Mansell