Ceremi Ayrons
Aktyor
Ceremi Ayrons 19 sentyabr 1948-ci ildə Kaus şəhərində (Uayt adası, İngiltərə) anadan olub. İncəsənət aləmi ilə tanışlığı yerli teatrda assistent işindən başlayıb. Teatra o qədər bağlanır ki, Bristolda ikiillik teatr kursu keçir. 1971-ci ildə Londona gedir və burada "Vest-End" teatr truppasında işə başlayır. 1981-ci ildə Meril Striplə “Fransız leytenantın qadını” filmində çəkilir. 1984-cü ildə Ornella Muti ilə “Svanın məhəbbəti” filmində baş qəhrəmanı oynayır. "Kral Şekspir" teatrının üzvü seçilir. 1991-ci ildə “Taleyin tərs üzü” trillerindəki roluna görə "Oskar"a layiq görülür. 1994-cü ildə “Kral Şir” cizgi filmində Çapığı səsləndirir. Həmçinin “Məğlubedilməz“ filmində terrorçu Saymon Qruberi oynayır. Ceremi Ayrons Patrisya Kaasla çəkildiyi “İndi isə, xanımlar və cənablar”, Fanni Ardanla çəkildiyi “Əbədi Kallas” kimi filmləri ilə məşhurdur. Hər iki filmin premyerası 2002-ci ildə baş tutub. 2006-cı ildə "Eraqon" filmində Brom rolunda çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ceremi_Ayrons