Stiven Hoban

Stiven Hoban

Prodüser, rejissor

BİOQRAFİYA

Stiven Hoban 1964-cü ildə Kanadanın Ottava şəhərində anadan olub. Atası diplomat olduğundan, uşaqlığında gəzmədiyi ölkə qalmayıb. Ali təhsili başa vurduqdan sonra əvvəl maliyyə sektorunda çalışıb, sonradan prodüser kimi fəaliyyət göstərib. Onun bacısı Natali Hoban da kino sənayesində rejissor köməkçisi və prodüser qismində çalışır. Hoban ilk əvvəl "Imax Corporation" şirkəti üçün animasiya ilə bağlı işlər görüb. Həmçinin şirkətin sifarişi ilə bədii filmlərin ssenarisini yazıb. 90-cı illərə təsadüf edən həmin ərəfədə sifarişlər yalnız qısametrajlı filmlərdən ibarət olub. İlk tammetrajlı layihələrindən biri “Qulyabani” (2000) filmi olub. Elə həmin il “Kiberdünya” adlı qısametrajlı filmə ssenari yazıb. BU IMAX üçün hazırlanmış ilk 3D cizgi filmi olur. 2004-cü ildə “Rayan” adlı qısametrajlı filmin üzərində çalışıb. Həmin film “Oskar” daxil olmaqla bir sıra beynəlxalq mükafatlar qazandırıb. 2006-cı ildə 70-ci illərin “Qara miladı” adlı filminin remeykinə, həmçinin “Bədheybət” adlı fantastik qorxu filminə prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/hoban-steven-5706.phtml

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç