Silvio Orlando
Aktyor
Silvio Orlando 30 iyun 1957-ci ildə Neapol şəhərində (İtaliya) anadan olub. Nanni Moretti, Daniele Luketti, Karlo Massakurati kimi tanınmış rejissorlarla işləyib. Bir neçə serialda çəkilib. 1988-ci ildə Peppino de Filipponun pyesi əsasında iki tamaşa qoyub. 2008-ci ildə Roberto Patsi Dalonun pyesi əsasında qoyulan tamaşada baş rolu ifa edib. Kinoda daha çox “Kayman” (2006), “İl posto dellanima” (2003), “İlpapa di Giovanna” (2008), “Sud” (1993), “Ayı öpüşü” (2000) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 55 bədii və televiziya filminə çəkilib. Aktrisa Mariya Laura Rondaninin həyat yoldaşıdır (2008-ci ildən).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: