Yoaxim Krol
Aktyor
Yoaxim Krol 17 iyun 1957-ci ildə Almaniyanın Herne şəhərində mədənçi ailəsində dünyaya göz açıb. Atası həyat yoldaşı ilə Almaniyaya köçmüş polşalı mühacir olub. Aktyorluğa uşaq olduğu illərdən meyl göstərib. Məktəbdə oxuyarkən teatrla maraqlanmağa başlayıb, gələcəkdə kinoya çəkilməyi arzulayıb. Ona görə də 1981-ci ildə "Otto-Falckenberg-Schule" ali incəsənət akademiyasına daxil olur. Münhenə köçərək, aktyor sənəti üzrə kurslara yazılır. Təhsili başa vurduqdan sonra 1984-cü ildə Bohuma yollanıb. Məhz həmin şəhərdə səhnə karyerası ildırımsürəti ilə inkişaf etməyə başlayır. Gənc aktyor Münhen, Hannover və Bazelin teatr tamaşalarında çıxış etməyə başlayır. 1993-cü ildə ekranda debütünü gerçəkləşdirib. 1994-cü ildə “Ən arzuolunan kişi” adlı komediyada həddindən artıq şən “mavi” rolunu oynayıb. Bu rolu ona "ən yaxşı aktyor" kateqoriyasında ona “Almaniya kinematoqrafiyasının” mükafatını qazandırır. 1996-cı ildə Zönke Vortmannonla birgə “Əla qadın” adlı romanın ekranizasiyası üzərində işləyir, “Qaç Lola, qaç” trillerinə, ardınca isə “Köçəri quşlar” melodramına çəkilir. Hər iki film ekranlara 1998-ci ildə çıxır. İstedadlı aktyorun zəngin filmoqrafiyasında onlarla televiziya və bədii filmi yer alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: