Rebeka Lilyeberq
Aktrisa
Rebekka Lilyeberq 13 may 1981-ci ildə İsveçin Turinqe şəhərində anadan olub. Fin və isveç əsillidir. Uşaqlığı Stokholmun şəhər kənarında yerləşən Nüneshamn qəsəbəsində keçib. Stokholmun bir neçə məktəbində oxuyub (valideynləri müntəzəm olaraq köçdüyündən məktəbləri dəyişməli olurdu). 15 yaşı olanda evi tərk edib və Stokholma köçüb. 1993-1997-ci illərdə Nünesham şəhər Gənclər Teatrının həvəskarlar qrupunda çalışıb. Kinoya məktəbdə aparılan kastinqdən sonra qatılıb. 9 yaşı olanda “Sune miladı” adlı isveç teleserialında Sofi Blikst roluna çəkilib. 1997-ci ildə “Yaxın təmas” adlı qısametrajlı filmdə baş rolu ifa edib. 1998-ci ildə “Mənə sevgini göstər” adlı filmə baş rola çəkilib və şöhrət “qapısını döyüb”. Növbəti 2 ildə dörd filmə və iki seriala çəkilir, baş və ikinci dərəcəli rollar oynayır. 2002-ci ildə Sergey Bodrovun (böyük) “Ayı öpüşü” filmində baş rola dəvət alır. Bu onun ilk ingilis dilli filmi olur. Sonradan kinokaryerasında durğunluq yaranır və həkim olmaq üçün tibb üzrə ali təhsil almağa başlayır. Evlidir. İki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: