Qiya Kançeli

Qiya Kançeli

Bəstəkar

BİOQRAFİYA

Qiya Aleksandroviç Kançeli – məşhur sovet /gürcü bəstəkarı və pedaqoqudur. 1988-ci ildə SSRİ xalq artisti adını qazanıb. 1976-cı ildə SSRİ Dövlət mükafatı laureatı olub. Kançeli 10 avqust 1935-ci ildə Tiflisdə əməkdar həkimin ailəsində anadan olub. Musiqi məktəbini bitirib, daha sonra Tbilisi universitetində geoloji fakültədə ali təhsil alıb. Məzun olduqdan sonra Tbilisi konservatoriyasına qəbul olunub. 1963-cü ildə musiqi təhsilini başa vurub. 1970-ci ildən Tbilisi konservatoriyasında dərs deyir. 1971-ci ildə Ş.Rustaveli adına Tbilisi teatrının musiqi bölməsinin rəhbəri təyin olunub. 1979-cu ildə Gürcüstan SSR bəstəkarları ittifaqının katibi seçilib. Gürcüstan SSR kinematoqraflar ittifaqının üzvü olub. 1991-ci ildə Berlinə köçüb. Orada Almaniya İncəsənət akademiyasının təqaüdünü alıb. 1995-ci ildən etibarən Flandriya kral filarmonik orkestrinin dəvəti ilə Belçikanın Anvterpen şəhərində yaşayır. Karyerası ərzində 40dan çox bədii, televiziya, sənədli filmə musiqi bəstələyib. Daha çox “Kin-Dza-Dza” (1986), “Pasport” (1990), “Səhra” (1991), “Milli bomba” (2004), “Ayı öpüşü” (2002) filmlərinin bəstəkarı kimi tanınır. Eyni zamanda Terrens Malikin 3 “Oskar” mükafatına namizəd olub, ümumilikdə 111 televiziya və kino mükafatı qazanıb. “Həyat ağacı” (baş rola Bred Pit çəkilib) melodramının soundtreklərindən birini bəstələyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Giya_Kancheli

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç