Ellison Tolman

Ellison Tolman

Aktrisa

BİOQRAFİYA

Ellison Tolman 18 noyabr 1981-ci ildə Texasda (ABŞ) anadan olub. Amerikalı aktrisa real hadisələr əsasında çəkilmiş “Farqo” kriminal serialına görə tanınır. Kriminal serialının birinci mövsümündə peşəkar qatili yaxalamağa çalışan sadəlövh əyalət polis işçiləri arasında yeganə səriştəli qadın polis obrazını yaradıb. Onun cinayətkarın ifşa olunması üçün irəli sürdüyü ehtimallar gülüşlə qarşılansa, sonda doğru olduğunu sübuta yetirir. Öz rolunu yüksək səviyyədə oynadığına görə “Emmi” və “Qızıl Qlobus” mükafatına namizəd olub. Tolman Hyüston şəhərində (Texas ştatı) doğulub. Beylor Universitetinin məzunudur. 2014-cü ildə “Farqo” serialına dəvət alana qədər yerli teatr səhnələrinə çıxıb. Böyük kinoda hər hansı ciddi rolu olmasa da, “Farqo” serialına görə “Televiziya tənqdiçilərinin seçimi” mükafatına layiq görülüb. “Farqo”nun uğurundan sonra “Mindi layihəsi” serialının iki epizoduna qonaq ulduz olaraq çəkilib. 2015-ci ildə “Fresno”, “Hədiyyə” və “Krampus” adlı bədii filmlərdə ikinci plan rollarda (kinoda) debüt edib. Ardınca Uilyam Ferrel və Emi Polerlə birgə “Ev” komediyasına çəkilib. Aparıcı aktrisa olaraq Tolman ABC telekanalında yayımlanan “İt kimi” teleserialında baş rolu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Allison_Tolman

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç