Aleksis Ayala

Aleksis Ayala

Aktyor

BİOQRAFİYA

Aleksis Ayala - meksikalı kino, televiziya, teatr aktyoru və rejissorudur. 9 avqust 1965-ci ildə San-Fransiskoda anadan olub. Meksika kinosunda debütü 1988-ci ildə baş tutub. Ümumilikdə filmoqrafiyasında aktyor və rejissor olaraq 46 televiziya və bədii film var. Teatr aktyoru olaraq 4 tamaşada iştirak edib. Onlardan ən məşhuru – "Notr-Damlı qozbel"in Meksika adaptasiyasıdır. 12 dəfə “People en Español” və “TVyNovelas” mükafatlarına namizəd olsa da yalnız bir dəfə 2008-ci ildə "Pantera" teleserialında rejissor işinə görə təltif olunub. İki dəfə evli olub. İlk nikahdan olan həyat yoldaşı Karla Alvareslə bir müddət sonra boşanıb. İkinci həyat yoldaşı aktrisa Fernanda Lopeslər 2014-cü ildə evlənib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alexis_Ayala

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç