Qari Gilbert

Qari Gilbert

Prodüser, aktyor

BİOQRAFİYA

Qari Gilbert amerikalı kinoprodüser və "Gilbert Films" kino pordakşn və maliyyələşdirmə şirkətinin təsisçisi və prezidentidir.1965-ci ildə Kaliforniyada yəhudi ailəsində anadan olub. Miçiqan Universitetinin Biznes Ali Məktəbində menecment (BBA) üzrə ali təhsil alıb. 2004-cü ildə Zak Breff və Natali Portmanın baş rola çəkildiyi “Bağçalar diyarı” bədii filminə prodüserlik edib və çəkilişlərini maliyyələşdirib. Həmin filmə görə Gilbert və Breff növbəti ilə “Azad Ruh” mükafatına layiq görülüblər. 2005-ci ildə Gilbert “Marqarit” filminin prodüseri və sponsoru qismində çıxış etsə də, çəkilişlər 2011-ci ilə kimi ertələnib. 2010-cu ildə “Uşaqlar qaydasındadır” filminə prodüserlik edib. Sandens kinofestivalında premyerası baş tutan filmi Focus Feature (Universal Studios) studiyası bəyənərək dərhal müəllif hüquqlarını satın alıb. Sonra böyük ekranlara çıxan film müsbət rəy formalaşdırıb və 2011-ci ildə iki "Qızıl Qlobus" mükafatı qazandırıb. 2016-cı ildə prodüserlik etdiyi “La-La Land” filmi “Oskar” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gary_Gilbert

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç