D.C. Kotrona

D.C. Kotrona

Aktyor

BİOQRAFİYA

Donald Cozef (Di Cey) Kotrona 23 may 1980-ci ildə ABŞ-ın Konnektikut ştatında anadan olub. Amerikalı aktyor müəllimə və hasilatçı şirkət əməkdaşının ailəsində boya-başa çatıb. Valideynləri italiyan və polşa əsillidir. Bostonun Şimal-Şərq universitetində hüquqşünaslıq üzrə ali təhsil alıb. Ancaq istehsalat təcrübəsi zamanı vəkilliyin onun təbiətinə yad bir peşə olduğunu anlayıb. Dostunu görmək bəhanəsi ilə yay tətilində Los-Ancelesə yollanıb və universitetə geri dönməyib. İlk əvvəl televiziya filmlərində müxtəlif epizodik və qonaq rollara dəvət olunub. Sonradan FOX telekenalında yayımlanan “Dəri” serialında baş rollardan biri ona nəsib olub. Kotrona Los-Anceles prokurorunun oğlu – Adam Roum rolunu oynayıb. Ancaq serial o qədər də uğur qazanmayıb. Aşağı reytinq göstəricilərinə və mübahisəli süjet xəttinə görə 3 epizoddan sonra efirdən qaldırılıb. Doqquz epizodu SOAPnet kabel televiziyasında nümayiş olunub. 2005-ci ildə Cim Qillespinin rejissoru olduğu “Bataqlıq” qorxu filminə çəkilir. 2006-cı ildə “Sevgi –narkotikdir” adlı filmdə rol alıb. Ardınca NBC telekanalında yayımlanan “Qəfil bəxt” adlı serialda baş rollardan birinə dəvət alır. 2010-cu ildə “Əziz Con” adlı romantik dramda ikinci plan rol oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/D._J._Cotrona

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç