Brayan Braun

Brayan Braun

Aktyor

BİOQRAFİYA

Brayan Nitvey Braun 23 iyun 1947-ci ildə Sidney şəhərində (Avstraliya) pianoçu ailəsində doğulub. Uşaqlığı Benkstaun qəsəbəsində keçib. Yeniyetməlik dövründə həvəskar tamaşalarda iştirak edib, oradan Brayanda aktyor sənətinə böyük həvəs yaranıb. 1964-cü ildə “Old Vik” teatrında ikinci plan rolları ifa etmək üçün İngiltərəyə yollanıb. Daha sonra Avstraliyaya qayıdaraq, Sidneyin “Genesian” teatrının üzvü olub. 1977-ci ildə kinoda debüt edib, “Teralb yolundan sevgi məktubları” adlı qısametrajlı filmdə rol alıb. Növbəti iki il ərzində də Avstraliya filmlərində çəkilib. Habelə 1980-cı ildə “Cinayətkar Morant” filminin ekranlara çıxmasından sonra Brayan həm yerli, həm də beynəlxalq kino auditoriyası üçün tanınmış simalardan birinə çevrilir. Avstraliya filmləri ilə yanaşı, tez-tez Hollivud pavilyonlarında görünməyə başlayır. “Məşqdə oxuyanlar” serialında oynadığı rola görə “Emmi” və “Qızıl Qlobus” mükafatına layiq görülüb. Ən tanınmış filmləri “Taypan”, “Dumanda olan qorilla” (Siqurni Uiverlə çəkilib), “Kokteyl” (Tom Kruzla çəkilib), “Qətl illüziyası” hesab olunur. 90-ci illərdən indiyə kimi ABŞ və Avstraliya istehsalı olan seriallarda, həmçinin Britaniya reklamlarına çəkilir. Brayan 1983-cü ildə serial çəkilişində Reyçel Uordla tanış olur. Üç ay sonra evləniblər. Cütlüyün üç övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bryan_Brown

 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç