Kumar Pallana

Kumar Pallana

Aktyor

BİOQRAFİYA

Kumar Valavhadas Pallana 23 dekabr 1918-ci ildə İndaur şəhərində (Madhiya-Pradeş ştatı, Hindistan)anadan olub. Hind əsilli amerikalı aktyordur. Azərbaycan tamaşaçısına daha çox Stiven Spilberqin “Terminal” filmində safqəlbli aeroport dalandarı Qupta rolu ilə tanışdır. Bundan başqa “Sevgi və siqaretlər”, “Uğura aparan 10 yol” və “Başqa yer” kimi reytinqli filmlərə çəkilib. Aktyor karyerasına “Mikki Maus” klubunda jonqlyor kimi başlayıb. Rejissor Ues Andersonun yaxın dostu olub. Onlar Texas ştatında birlikdə kafe işlədiblər. Sonuncu onu üç filminə (“Şüşə raket”, “Raşmor akademiyası” və “Tenenbaum ailəsi” filmlərinə) çəkib. 1967-ci ildən Pernima Maktallamla evli olub. Onların Dipak adlı oğlu var. Oğlu da atası kimi aktyordur. Qızı Sandhaya Pallana isə onunla birlikdə "Terminal" filmində işləyib. Kumar Pallana 10 oktyabr 2013-cü ildə 95 yaşında Oklenddəki (Kaliforniya ştatı, ABŞ) evində dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Kumar_Pallana

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç