Robin Lord Teylor
Aktyor
Robin Lord Teylor 4 iyun 1978-ci ildə Şuivill şəhərində (Ayova ştatı, ABŞ) anadan olub. Daha çox “Bizi qəbul etdilər” (2006), “Başqa yer” (2011) və “Siz nə edərdiniz?...” (2012) filmləri ilə tanınır. Həmçinin “Qotem” serialında Pinqvin obrazı ilə yaddaşlarda qalıb. Teylor orta məktəbi Solonda bitirib, daha sonra Şimal-Qərb universitetində teatr ixtisası üzrə bakalavr dərəcəsi alıb. Tələbəlik illərində Hollivud aktyoru Billi Aykner onun otaq yoldaşı olub. Teylor “Gəzən ölülər”, “Qanun və qayda”, “Qanun və qayda: Xüsusi korpus”, “Yaxşı arvad” kimi seriallara və “Bizi qəbul etdilər”, “Qış baxışı”, “Başqa yer”, “Gözəgörünməz uşaqlar”, “Məktəb direktorunun qətli” və digər filmlərdə çəkilib. O, Presviterian inancı ilə böyüdülüb. 2000-ci ildən Manhettendə (Nyu-York) yaşayır. Teylor açıq geydir. 2014-cu ildə "Glamour" jurnalına müsahibəsi zamanı müxbirin "Adsız barmağınızda üzük var, evlisiniz?" sualına Teylor cavab verib ki, "Üç ildir evliyəm və on ildən çoxdur birlikdəyik. Hələlik uşağımız yoxdur". Onun "əri" quruluşçu-rəssam Riçard Dibelladır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robin_Lord_Taylor