Uilyam Meypoter

Uilyam Meypoter

Aktyor

BİOQRAFİYA

Uilyam Reybert Meypoter (kiçik) 17 aprel 1965-ci ildə Luisvill şəhərində (Kentukki ştatı, ABŞ) anadan olub. İki bacısı var. Atası hakim olub. Uilyam Reybert məşhur aktyor Tom Kruzun dogma əmisi oğludur. Uilyam Meypoter Notr-Dam Universitetini bitirib. Aktyor olmazdan əvvəl üç il Los-Ancelesdə orta məktəb müəllimi işləyib. Çəkildiyi ilk film “Dörd iyulda doğulmuş” filmidir. Orada Vyetnam əsgəri rolunu oynayıb. Aktyora şöhrət qazandırmış filmlər arasında “Çətin tapşırıq 2”, “Sağ qalmaq”, “Yataq otağında” və digər filmləri sadalamaq olar. “Dəniz polisi: Xüsusi şöbə” , “C.S.I: Mayami”, “Cinayətkar kimi düşünmək” və “Qaçış” kimi seriallarda çəkilib. 2004-cü ildə populyar “Sağ qalmaq” serialında İtan Rom rolunu oynayıb. Həmçinin “Kasl” və “The Mentalist" kimi reytinqli televiziya layihələrində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/William_Mapother

 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç