Brit Marlinq
Aktrisa, ssenarist
Brittani Heyvort Marlinq 7 avqust 1982-ci ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub. 2004-cü ildə “Boksçular və balerinalar” adlı sənədli filmindəki roluna görə şöhrət qazanıb. Sözügedən filmin ssenarisini Maykl Kehill və Nikolay Şumakerlə birgə yazıb. Aktrisa olaraq daha çox: “Başqa Yer” (2011), “Vostok qruplaşması” (2013), “Səsimin səsi” (2011) filmlərində oynadığı rollarla tanınır. Şəxsi həyatı barədə mətbuata açıqlama verməyi sevmir. Ona görə də “Vostok” qruplaşması” filmində tərəf-müqabili olmuş Aleksandr Skarsqardla sevgi yaşamaları paparatsilərin gözündən yayınıb. Həmin filmdə Aleksandr qruplaşma liderini oynayır, Brit isə həmin qruplaşmaya daxil edilmiş gözəl və ağıllı xüsusi agent obrazını canlandırır. Ekran işində qəhrəmanlar arasında meydana gələn məhəbətt, görünür real həyatlarına da sirayət edib. Filmin premyerasından sonra keçirilən şənlikdə Aleksandr və Brit əl-ələ tutaraq şəkil çəkdirəndən sonra onların sevgili olduğu məlum olub. İdeal çəkiyə malik olan Brit, belə gözəl bədən quruluşu üçün hər hansı sirrinin və ya xüsusi dietasının olmadığını bildirir. Sadəcə yemək vaxtlarını nizamlayır, hər gün azı 7-8 saat yatır, mütəmadi olaraq təmiz havada olur. O irs faktorunun da, bu məsələdə öz sözünü dediyini iddia edir. 172 santimetr boyunda olan Britin model olaraq sonuncu fotosessiyası "ASOS" geyimlərinin kataloqunun hazırlanması zamanı baş tutub. 2011-ci ildə dünyaca məşhur “Başqa yer” filminin həm də ssenarist, həm də prodüseri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Brit_Marling