Mayk Kehill

Mayk Kehill

Rejissor, ssenarist, prodüser, montajçı, operator

BİOQRAFİYA

Mayk Kehill amerikalı kinorejissor, ssenarist və prodüserdir. Daha çox “Başqa Yer” (2011) və “Mən – başlanğıcam” (2014) adlı elmi-fantastik trillerləri ilə şöhrət qazanıb. Kehill 5 iyul 1979-cu ildə ABŞ-ın Konnektikut ştatında alim və tibb işçisinin ailəsində dünyaya göz açıb. Evin kiçik oğludur. Böyük qardaşları təcrübəli neyrocərrahlardır. 10 yaşı olanda kino ilə maraqlanmağa başlayıb və rejissor olmaq arzusuna düşüb. İlk kamerasını məktəbdə oxuduğu illərdə lombarddan 100 dollara alır və 17 yaşında, dostları ilə birlikdə ilk həvəskar filmini çəkir. “Cib” adlı həmin film Kolumbiya dairəsində populyar olan qou-qou musiqisindən bəhs edən sənədli film olub. Kehillin yaradıcılığına elmi-populyar ədəbiyyat, xüsusilə astronomiyaya aid əsərlər böyük təsir göstərib. Los-Ancelesdə qaldığı evdə astrofizika riyaziyyatında gözlənilməz dönüş edən Karl Saqanın və astronom Riçard Berendzenin audio kitablarını dinləyib. Kehill “12 meymun” (1995), “Bəşər övladı” (2006), “Veronikanın ikili həyatı” (1991) kimi elmi-fantastik trillerləri sevdiyini etiraf edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mike_Cahill_(director)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Montaj
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç