Cenni Bevan
Rəssam
Cenni Bevan 1950-ci ildə Londonda (İngiltərə) anadan olub. “Görünüşlü otaq” (1985) və “Dəlisov Maks: Qəzəb yolu” (2015) filmlərinə görə iki dəfə "Ən yaxşı geyim üzrə rəssam" kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. Cenni 1970-ci ildə peşəsi üzrə London teatrının tamaşalarında dizayner kimi çalışıb. Sonra kinoda geyim üzrə rəssam kimi işləməyə başlayır. Əsasən "Merchant Ivory Productions"ın filmlərinin istehsalında iştirak edirdi. Bevan karyerasının əvvəlində adətən "Cosrop" evinin yaradıcısı, kostyum üzrə dizayner Con Braytla əməkdaşlıq edirdi. Birgə, təxminən, 10-a yaxın film üçün kostyumların yaradılmasında çalışıblar. Eyni zamanda hər ikisi gördükləri işlərə görə altı dəfə “Oskar” mükafatına namizəd olublar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: