Mark Mançina

Mark Mançina

Bəstəkar

BİOQRAFİYA

Mark Mançina 9 mart 1957-ci ildə ABŞ-ın Santa-Monika şəhərində anadan olub. Başlıca olaraq Hollivud filmlərinə saundtreklər yazır. “Disney” studiyasının bir sıra cizgi filmlərinin o cümlədən “Tarzan”, “Kral şir”, “Ayı qardaş” animasiyalarının musiqisinin aranjemançısı olub. Daha çox “Avqust Raş (Rapsodiya)”, “Sürət”, “Sürət 2”, “Pis oğlanlar” filmlərinin bəstəkarı kimi tanınır. Mark peşəkar gitaraçıdır, həmçinin nadir musiqi alətlərinin kolleksiyaçısıdır. Onun kompozisiyaları eyni zamanda “Qan+” animesində səslənib. Fil Kollinzlə birgə “Tarzan” və “Ayı qardaş” cizgi filmlərinə bir neçə saundtrek yazıb. Hal-hazırda arvadı və qızı ilə Karmeldə (Kaliforniya ştatı, ABŞ) yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mark_Mancina

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç