Cem Yılmaz

Cem Yılmaz

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Cem Yılmaz — Türkiyəli komediya ustası, aktyor, karikaturaçı rəssam, ssenarist və rejissordur. Cem Yılmaz 23 aprel 1973-cü ildə İstanbulda anadan olub. Sənət həyatına 1992-ci ildə "Leman Kültür Mərkəzi"ndə başlayıb, Leman karikatura jurnalında (Leman Dergisi) karikaturçu rəssam olaraq çalışıb."Ləman Kültür Mərkəzi"ndə yumoristik çıxışları ilə məşhurlaşdıqdan sonra karyerasını "Beşiktaş Kültür Mərkəzi"ndə davam etdirib. Hazırda Türkiyənin ən məşhur komediya ustalarından biridir. Kinoda debütü 1998-ci ildə çəkilmiş “Hər şey çox yaxşı olacaq” filmi olub. 2001-ci ildə “Vizontele” melodramında Fikri rolu ilə şöhrət qazanıb. Kinoda ən uğurlu filmi isə “QORA” fantastik komediyası sayılır. 2008-ci ildə ekranlara çıxmış “AROQ” adlı sikveli də öncəkindən az uğurlu olmayıb və böyük kassa gəliri götürüb. 2014-cü ildə Rassel Krounun çəkdiyi və baş rol oynadığı “Son Ümid” filmində Türkiyəli zabit rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cem_Y%C4%B1lmaz

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç