Volfram De Marko

Volfram De Marko

Bəstəkar

BİOQRAFİYA

Volfram de Marko 25 iyun 1966-cı ildə Almaniyanın Ansbax şəhərində (Bavariya) doğulub. Böyüdüyü ailədə musiqi həyat tərzinin ayrılmaz parçası sayılıb. Altı yaşından skripka, on üç yaşında piano çalmağı öyrənib, babasının onu gitara ilə tanış etməsindən sonra, bu onun ən sevimli alətinə çevrilib. 15 yaşında klassik gitara üzrə təhsil alıb və peşəkar karyerasına məhz klassik gitaraçı olaraq başlayıb. Təhsilini başa vurduqdan sonra Frankfurta köçüb və gitara dərsləri verib. Həmçinin aranjeman və musiqi prodüserliyi ilə məşğul olub, mahnılar bəstələməyə başlayıb. 2012-ci ildə gitara və sim kvarteti üçün yazdığı “Unutqan mələk üçün fantaziya” adlı musiqi parçası Şarun Orkesteri tərəfindən ifa olunub. Karyerası ərzində bir çox filmlərə və televiziya şoularına musiqi bəstələyib. Daha çox “Çardaq” (2008), “Yarışan qəlblər” (2014), “Beş dost” (2012) filmlərinin bəstəkarı kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://www.imdb.com/name/nm0210086/

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç