Dominik Derüdder

Dominik Derüdder

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Dominik Derüdder 15 iyun 1957-ci ildə Belçikanın Flandriya əyalətində anadan olub. Belçika müasir kinematoqrafiyasının ən görkəmli simalarından sayılır. Uşaqlıq illərindən bəri kino sənətinə böyük maraq göstərib. Böyük qardaşının ona hədiyyə etdiyi kameranın sayəsində 14 yaşında “Orange Lich” adlı ilk həvəskar filmini çəkib. Daha sonralar 16 mm və 35 mm lentlərdə daha iki qısametrajlı filmini ərsəyə gətirib. Kinematoqrafiya məktəbində oxuduğu illərdə uşaqlıq dostu Mark Didden ilə əməkdaşlıq edərək “Brüssel gecələri” (1983) filminə birlikdə ssenari yazıblar. Həmçinin 1985-ci ildə ekranlara çıxmış “İstanbul” filminin çəkilişlərində iştirak edib və ssenaristlərdən biri olub. 1986-cı ildə yazıçı Çarlz Bukovskinin eyni adlı romanı əsasında “Dəlisov məhəbbət” adlı filmini çəkir. Bu tammetrajlı film baxımından, onun rejissor debütü olur. Film tənqidçilərin diqqətini cəlb edir və çoxsaylı nailiyyətlər əldə edir. Frensis Ford Koppola onun işini bəyənir və 1989-cu ildə Bandini filmini ABŞ-da çəkməsinə vasitəçilik edir, ona hər cür dəstək göstərir. Son illər ən mötəbər işi 2014-cü ildə ekranlara çıxmış “Yarışan qəlblər” filmi sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://www.imdb.com/name/nm0220652/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç