Dennis Liheyn

Dennis Liheyn

Ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Dennis Liheyn – amerikalı ssenarist və populyar detektiv romanların müəllifidir. 4 avqust 1965-ci ildə ABŞ-ın Boston şəhərində anadan olub. Uşaqlığı 1970-ci illərdə az qala növbəti vətəndaş müharibəsinin episentrinə çevrilmiş Dorçester qəsəbəsində keçib. Həmin hadisələrdən ilhamlanan Liheyn, romanlarında süjet xəttini daha çox həmin bölgəyə istiqamətləndirir. Hər iki valideyni irlandiyalı mühacirlərdir. Ailənin son beşiyidir. Boston College High School kollecində oxuyub. Ardınca Mayami şəhərinə yollanaraq orada Florida Beynəlxalq Universitetində ali təhsil alıb. Peşəkar yazıçı olmazdan əvvəl kitab mağazasında satıcı, avtomobil duracağında parklayıcı, limuzin sürücüsü, əqli qüsurlu uşaqlarla bağlı məsləhətçi işləyib. 1990-cı illərdən etibarən hekayələr yazmağa başlayıb. Liheynin debüt roman “Döyüş ərəfəsində içki” əsəri sayılır. 1994-cü ildə işıq üzü görüb və ona “Shamus” mükafatını qazandırıb. Kitab yazmaqdan savayı, kino və televiziya üçün ssenarilər də hazırlayır. Məşhur “Wire (Gizli dinləmə)” serialının 3 epizodunun ssenarisini yazıb. Leonardo Di Kaprionun baş rola çəkildiyi “Lənətlənmişlər adası” filmi (rejissor Martin Skorsezi) onun romanı əsasında lentə alınıb. “Live by Night” romanı isə 2013-cü ildə “Edqar Alan Po” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Dennis_Lehane

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç