Mixael R. Roskam

Mixael R. Roskam

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Mixael Roskam – belçikalı rejissor, ssenarist və prodüserdir. 1972-ci ildə Belçikada anadan olub. Brüsselin Möhtəşəm Sənətlər Akademiyasında rəssamlıq və müasir incəsənət üzrə təhsil alıb. 2015-ci ildə isə Amsterdam institutunda ssenaristlik üzrə magistr dərəcəsi əldə edib. İlk iş yeri De Morgen adlı azbüdcəli qəzet olub; orada jurnalistliyi və kopiraytinqi öyrənib. 2002-ci ildə “Xon”, ardınca isə “Karlo” adlı qısametrajlı filmlərə ssenari yazıb. Sonuncu adı çəkilən film 2004-cü ildə ekranlaşdırılıb və Beynəlxalq Leven Kinofestivalında (qısametrajlı filmlərin) “tamaşaçıların seçimi” kateqoriyası üzrə mükafata layiq görülüb. 2011-ci ildə böyük ekranda ssenarist və rejissor olaraq debüt işini ortaya qoyub; “Öküz” adlı həmin filmə baş rola Mattias Şonarts çəkilib. 2012-ci ildə sözügedən lent ən yaxşı xarici dildə olan film kateqoriyasında “Oskar” və “Sezar” mükafatına namizəd olub. Növbəti uğurlu layihəsi “Təslimat” filmi olur. Kriminal mövzulu kinoya Tom Hardi, Numi Rapas, Ceyms Qandolfini kimi ulduzlar çəkilir. Yeri gəlmişkən bu Qandolfinin həyatında çəkildiyi son kino olur. 2017-ci ildə Roskam “Ehtiras və Qısqanclıq” adlı kriminal dramını ekranlara çıxarıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Micha%C3%ABl_R._Roskam

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç