Arnaldur İndridason
Ssenarist, yazıçı
Adnaldur İndridason islandiyalı detektiv yazıçısı və ssenaristidir. 28 yanvar 1961-ci ildə Reykyavikdə anadan olub. Yazıçı İndrid Torsteynsonun oğludur. Əsərlərində baş qəhrəman xəfiyyə Erlend olur. Onun yazdığı kitablar 26 ölkədə, 12 dildə dərc olunub. İlk kitabı 1997-ci ildə işıq üzü görüb və ona şöhrət qazandırıb. 2002 və 2003-cü illərdə “Şüşə açar” mükafatına layiq görülüb. 2005-ci ildə “Daş kisəsi” adlı romanına görə Britaniya detektiv yazıçılar assosiasiyasının “Qızıl xəncər” mükafatı ilə təltif olunub. 2006-cı ildə “Bataqlıq” adlı romanı Baltazar Kormakur tərəfindən ekranlaşdırılıb. 2011-ci ildə isə onun ssenarisi əsasında “Qaçaq mal” filmi ekranlara çıxıb. Yazıçı Reykyavikdə yaşayır. Evlidir, üç övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: