Mark Eddi

Mark Eddi

Aktyor, prodüser

BİOQRAFİYA

Mark Eddi Conson britaniyalı televiziya, kino və teatr aktyorudur. Eddi 14 yanvar 1964-cü ildə İngiltərənin York şəhəri yaxınlığında anadan olub. 1982-84-cü illərdə Kral Dram-İncəsənət Akademiyasında oxuyub. Hazırda Ruffort şəhərində yaşayır. Evlidir, 3 övladı var. Tammetrajlı filmdə ilk rolunu 1997-ci ildə “Kişi striptizi” adlı komediya filmində oynayıb. Debüt roluna görə ən yaxşı ikinci dərəcəli aktyor nominasiyası üzrə BAFTA mükafatına namizəd olub. 1998-ci ildə “Cek Frost” filmində Mak MakArtur roluna çəkilir. 2001-ci ildə “Yerə qayıdış” komediyasında saray əyanı obrazını yaradıb. Eyni zamanda Herbert Uellsin romanı əsasında lentə alınmış “Zaman Maşını”, Jül Vernin romanı əsasında çəkilmiş “80 gün dünya ətrafında” filmlərində ikinci plan rollara çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mark_Addy

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç