Samanta Mamba

Samanta Mamba

Aktrisa

BİOQRAFİYA

Samanta Tamaniya Anna Sesiliya Mamba – irlandiyalı müğənni və aktrisadır. 18 yanvar 1983-cü ildə İrlandiyanın Dublin şəhərində anadan olub. Onun atası əslən Zambiyalı, anası irlanddır. Üç yaşında valideynləri onu "Billie Barry Stage School" teatr məktəbinə göndərib. 13 il həmin məktəbdə təhsil alıb. 1998-ci ildə Mamba “The Hot Mikado” caz layihəsinin aparıcısı olur və öz vokal və aktrisa bacarıqlarını ortaya qoyur. Sonradan məktəbdən çıxaraq, özünü musiqiyə həsr edib. Fəaliyyətini Danimarka, İsveçrə, Böyük Britaniya və İrlandiyada aparıb. 2000 –ci ildə “Gotta tell you” adlı ilk mahnısı çıxır və həmi sinql irland çartlarında birinci, ümumbritaniya çartlarında isə ikinci yeri tutur. Tezliklə Mamba ABŞ-da məşhurlaşır. Onun Baby Come on Over adlı albomu dörd milyon tirajla buraxılıb. 2001-ci ilin yeni il bayramı ərəfəsində "Samantha Sings Christmas" adlı layihəsi işıq üzü görüb. 2008-ci ildən Samanta Mamba bir sıra televiziya və kino layihələrində aktiv şəkildə iştirak etməyə başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Samantha_Mumba

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç