Herbert Uells

Herbert Uells

Yazıçı, ssenarist

BİOQRAFİYA

Herbert Corc Uells 21 sentyabr 1866-cı ildə Böyük Britaniyada anadan olub. "Dünyalar döyüşü", "Görünməz adam", "Moreaunun adası" və "Zaman maşını" adlı fantastik romanları ilə tanınan, amma demək olar ki, ədəbiyyatın hər şaxəsində bir çox əsər yazmış ingilis yazıçısıdır. Sosialist olduğunu açıqca söyləyən H. G. Wellsin çox əsərində əhəmiyyətli ölçüdə siyasi və ictimai şərhlər var. Jül Vern kimi gələcəkdəki texnoloji inkişafları izah etdiyi kitabları ilə fantastik şaxənin qabaqcıllarından hətta, yaradıcılarından sayılır. Uellsin ilham mənbəyi Jül Vern olub, amma Vernin "Aya Səyahət"i (De la Terre à la Lune) ilə Uellsin "Aydakı İlk İnsanlar" (The First Men in the Moon) romanını müqayisə etsək arada bir çox fərqi görə bilərik. Uells yalnız fantastika içindəki utopiya əleyhdarı düşüncələrin müdafiəçisi olaraq bu növə damğasını vurmaqla qalmayıb, cəmiyyətin şiddət və çətin yoluyla, qədərindən sürətli bir müddət içində sosialist bir cəmiyyətə malik olmaq istəyini qeyd edirdi. O, 13 avqust 1946-cı ildə Londonda vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Herbert_Uells

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç