Con Qeytins

Con Qeytins

Ssenarist, aktyor

BİOQRAFİYA

Con Qeytins – amerikalı ssenarist, rejissor və aktyordur. “Xəyalpərəst” filminin rejissoru və “Məşqçi Karter”, “Canlı dəmir”, “Ekipaj” və digər reytinqli filmlərin ssenaristi kimi tanınır. Qeytins kolleci bitirdikdən sonra aktyor fəaliyyəti ilə məşğul olmaq üçün Los-Ancelesə köçüb. Kinoda ilk rolu 1993-cü ildə ekranlara çıxmış aşağı büdcəli “Sehirli lövhə 2” qorxu filmində olub. Bir il sonra “Balqabaqbaş 2” filminə çəkilib. “Tələbə komandası” (1999) və “Böyük gombul yalançı” (2002) filmlərində oynadıqdan sonra “20th Century Fox” şirkətində çalışan kollec yoldaşı Ceremi Kreymer ona 1000 dollar verərək “Yeniyetmə intiharının iyi gəlir” filminin ssenarisini yazmağı xahiş edir. 2001-ci ildə Qeytinsin ssenarisi əsasında “Yay oyunları” adlı romantik komediyası çəkilib. 2005-ci ildə “Məşqçi Karter” filminin ssenarisini yazıb. Elə həmin ilk rejissor debütünü edərək öz ssenarisi əsasında “Xəyalpərəst” filmini çəkib. Dahi Stiven Spilberqin təklifi ilə Qeytins “Canlı dəmir” elmi-fantastik filminin çəkilişlərinə dəvət alır. Film yazıçı-fantast Riçard Metisonun 1956-cı ildə yazdığı novella əsasında lentə alınmalı idi. Ancaq əsərlə tanış olan Qeytinq onun həddindən artıq tutqun və axarsız olduğunu görüb, ssenaridə ailə məsələlərini və ata ilə oğul arasındakı münasibətləri ön plana çəkməyə qərar verib. 1999-cu ildən “Ekipaj” filminin ssenarisi üzərində çalışıb. 2009-cu ildə ssenari artıq 149 səhifəyə qədər böyüyüb. Robert Zemekis ssenarini alaraq, onun əsasında 2012-ci ildə filmi lentə alıb və baş rola Denzel Vaşinqtonu çəkib. Həmin ssenariyə görə Qeytins “Oskar” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Gatins

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç