Brüs Spens

Brüs Spens

Aktyor

BİOQRAFİYA

Brüs Spens 17 sentyabr 1945-ci ildə Yeni Zelandiyanın Oklend şəhərində anadan olub. Başlıca olaraq Avstraliya filmləri və seriallarına çəkilir. Daha çox “Dəlisov Maks 2: Yol döyüşçüsü” və “Dəlisov Maks 4: İldırım qüvvəsi” filmlərində oynadığı hiyləgər pilot rolu ilə tanınır. Həmçinin “Axtarıcı haqqında əfsanə” serialında əsas personajlardan birini – Zeddikus Zul Zorander rolunu ifa edib. Bundan başqa, “Ulduz müharibələri: Sitxlərin intiqamı”, “Matrisa: İnqilab” və “Üzüklərin hökmdarı: Kralın qayıdışı” blokbasterinin rejissor versiyasının çəkilişlərində iştirak edib (Sauonun səsi). Karyerası ərzində 110-dan çox film və seriala çəkilib. “Nemonun axtarışlarında” cizgi filmində köpəkbalığı Çavkı səsləndirib. Həmçinin, məşhur “Borderlands: The Pre-Sequel” video-oyununda 2 personajın səsi ona aiddir.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Bruce_Spence

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç