Frenç Stüart

Frenç Stüart

Aktyor, prodüser

BİOQRAFİYA

Milton Frenç Stüart 20 fevral 1964-cü ildə ABŞ-ın Albukerke şəhərində (Nyu-Mexiko ştatı) anadan olub. Amerikalı aktyor və kinoprodüserdir. Anası evdar qadın, atası mikrofilmlər üzərində mütəxəssis olub. Frenç Stüart Amerika Dram-İncəsənət Akademiyasında oxuyub, daha sonra teatr səhnələrinə çıxmağa başlayıb. Bir müddət Hanna Barberin studiyasında çalışıb. Kinoda debütünə qədər yerli teatrlarla birgə qastrollara çıxıb. “Günəşdən uzaq üçüncü planet”dəki populyarlığından sonra tez-tez reklam çarxlarının çəkilişlərinə dəvət almağa başlayıb. 20 aprel 2013-cü ildə Frenç Stüart “Marvin Marvin” teleşousunda xüsusi qonaq olub, həmçinin bir sıra teleproqramlara qatılıb. Çəkildiyi seriallarda və filmlərdə daha çox komik rollara üstünlük verib. Buna misal kimi “Ulduz qapıları”, “Las-Veqası tərk edərkən”, “Zamanı durduran”, “Moda jurnalı”, “İnspektor Qadjet 2”, “Müşahidə”, “Onları cəhənnəmə göndər, Meloun”, “Pandemiya”, “Falçı” kimi filmləri və serialları göstərmək olar. 19 may 1998-ci ildə aktrisa Ketrin Lanasla evlənib. Münasibətlər uzun çəkməyib və 2 ildən sonra boşanıblar. 2011-ci ildə aktrisa Vanessa Perkinslə ailə qurub. 28 iyun 2013-cü ildə cütlüyün bir qız övladı dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/French_Stewart

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç