Edrian Pol
Aktyor, prodüser
Edrian Pol 29 may 1959-cu ildə Londonda (İngiltərə) anadan olub. Atası ingilis, anası italiyalıdır. Aktyor sənəti ilə hələ məktəb illərindən maraqlanıb. Müxtəlif teatr tamaşalarında və digər məktəb tədbirlərində iştirak edib. Uşaqlıq illərində peşəkar futbolla məşğul olub, xoreoqrafiya dərslərinə gedib. Xoreoqrafiyanı 3 il müddətinə Parisdə öyrənib. Paralel olaraq teatr studiyasında aktyor sənəti üzrə dərslərə yazılıb. Lazımı səhnə bacarıqlarına yiyələndikdən sonra Hollivuda yollanıb və orada uşaqlara xoreoqrafiyadan dərs deyib. Həmin ərəfədə, həmçinin özünə aktyor işi axtarıb. İlk rolunu Edrian “Sülalə 2: Kolbi ailəsi” serialında (1985-ci ildə) əldə edib. Nikolay Rostov baletinin rus rəqqası olaraq epizodik rolu ifa edib. 1987-ci ildə “Lovğalar” adlı Brodvey tamaşasına dəvət olunur. 80-cı illərin sonlarında kinokaryerasında intibah dövrü başlayır. 89-cu ildə “Qırmızı ölüm maskası” filmində (Edqar Alan Ponun eyniadlı novellası əsasında çəkilib) rol alır. Film kinotənqidçilərin rəğbətini qazanır. 1992-ci ildə Kristofer Lambertlə birgə “Dağlı” serialına çəkilir. Serial kifayət qədər uğurlu olur və altı mövsüm (119 seriya) davam edir. Serialın uğurundan sonra “Dağlı” filminin 3-cü və 4-cü hissələri çəkilir. Ancaq bədii filmlər gözləntiləri doğrultmayıb və böyük kinoteatr kassalarında cüzi gəlir toplayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Adrian_Paul