Erik Vinter

Erik Vinter

Aktyor, model

BİOQRAFİYA

Erik Vinter 17 iyul 1976-cı ildə Kaliforniyada (ABŞ) anadan olub. “Ömrümüzün günləri” adlı sabun-operasında peşəkar aktyor karyerasına başlamazdan əvvəl model işləyib. Sözügedən serialda 2002-2005-ci illər ərzində çəkilib. Layihəni tərk etdikdən sonra “Vəhşi alov”, “Bacılar və qardaşlar” kimi praymtaym seriallara çəkilib. 2007-ci ildə “Viva Laflin” dramatik müziklındə daimi rol alıb. Daha sonra “Qarold və Kumar: Quantamodan qaçış” (2008) və “Acı Həqiqət” (2009) komediyalarına, həmçinin Lifetime telekanalında yayımlanan “Qarət” (2006) və “Tiffanigildə bazar günü” (2010) telefilmlərinə çəkilib. Həmçinin onun “Mentalist”, “Rizzopi və Ayls” kimi seriallarda epizodik rolu olub. 2013-cü ildə Lifetime kanalında yayımlanan “İst-End ifritələri” serialında baş qəhrəman Cenni Devanın nişanlısı kimi daimi rola dəvət olunur.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D0%BD%D1%82%D0%B5%D1%80,_%D0%AD%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç