Karen MakKula

Karen MakKula

Ssenarist, prodüser

BİOQRAFİYA

Karen MakKula amerikalı yazıçı və ssenaristdir. Filippində doğulub (atası hərbçi olduğundan ailəsi ezamiyyətdə olub). Uşaqlığı Nyu-Cersi ştatında keçib. İndiana Hills orta məktəbini bitirib. Orta sinif şagirdi olan zaman “Entoninin nifrət etdiyim 10 cəhəti” adlı (Entoni keçmiş sevgilisi olub) gündəliyini yazıb. Bu ideya əsasında 1999-cu ildə ekranlara çıxmış “Nifrətimin 10 səbəbi” adlı məşhur filmin ssenarisini yazıb. Ceyms Medison Universitetinin məzunudur. Başlıca olaraq romantik komediyalar üçün ssenarilər yazmaqla məşğuldur. Daha çox “Oğlanların bundan xoşu gəlir” (2008), “Acı Həqiqət” (2009), “Nifrətimin 10 səbəbi” (1999), “Qanuni Sarışın” (2001) filmlərinə yazığı ssenari ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Karen_McCullah

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç