Ben Foster
Aktyor, prodüser
Bencamin (Ben) Foster 29 oktyabr 1980-ci ildə ABŞ-ın Boston şəhərində anadan olub. Uşaqlığı Konnektikut ştatında yəhudi ailəsində keçib. Benin nənəsi 1923-cü ildə Rusiyadan qaçıb və Bostona pənah gətirib. Ben səkkiz yaşından fəal şəkildə müxtəlif məktəb tamaşalarında iştirak edib. 10 yaşı olanda Ferfildin şəhər teatrlarından birində səhnəyə çıxıb. 11 yaşında “Sən yaxşı adamsan, Çarli Braun” musiqili tamaşasında baş rolu ifa edib. 12 yaşında pyes yazıb və onun tamaşasına rejissorluq edib. Həmin tamaşaya görə Konnektikut ştatında gənc istedadlar müsabiqəsində ikinci yer tutub. 14 yaşında istedadlı uşaqlar üçün nəzərdə tutulmuş "Interlochen Theater Arts Summer Program Interlochen" aktyor kurslarına yazılıb. Onu bitirdikdən sonra məktəbi ataraq Los-Ancelesə yollanıb və kinoda aktyor karyerasına başlayıb. Onun kinokaryerasında aktyor debütü 1996-cı ildə lentə alınmış “Saxta” filmi ilə olub. Növbəti filmi Disney telekenalının çəkdiyi yeniyetmə teleserialı olub. “Gələcəyi xatırlamalı” adlı həmin serialda oynadığı rola görə iki “Gemini Award” mükafatına layiq görülüb. 1998-ci ildə Foster NBC telekanalında “Mən səni gözləyirdim” adlı filmdə yeniyetmə qatil rolunu oynayıb. 2003-cü ildə ABŞ məktəblərində zorakılıqla bağlı problemlərdən danışan “Pif-paf, sən öldün” filmində rol alıb. Oynadığı rol görə “Emmi” mükafatına layiq görülüb. 2004-cü ildə Con Travolta ilə birgə Con Romit və Ros Endrünün komiksləri əsasında çəkilmiş “Cəzalandırıcı” filminə çəkilib. Ən uğurlu filmi 2005-ci ildə çəkildiyi “Girov” filmi sayılır. Orada Ben gənc psixopat Mar Krapçek rolunun peşəkarcasına öhdəsindən gəlib. “Girov” həmdə onun son filmi ola bilərdi, çünki çəkilişlər zamanı Molotov kokteyli az qala Benin həyatına son qoyub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%BE%D1%81%D1%82%D0%B5%D1%80,_%D0%91%D0%B5%D0%BD_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)