Melissa Corc
Aktrisa
Melissa Süzan Corc 6 avqust 1976-cı ildə Avstraliyanın Pert şəhərində anadan olub. 2008-ci ildə “Müalicə” serialında oynadığı rola görə “Qızıl Qlobus” mükafatına namizəd olub. Melissa gənc yaşlarından modelliklə məşğul olub. 1992-ci ildə Qərbi Avstraliyada yeniyetmələr üzrə ilin modeli seçilib. 16 yaşı olanda kastinq üzrə agent Liz Mallinar onu istedadını üzə çıxarır və “Ev və Yol” teleserialına dəvət edir. Serialda üç il görüntüləndikdən sonra Melissa başqa rollara görə çəkilmək üçün studiyanı tərk edir. Karyerasını qurmaq üçün Sidneyə köçür. "Playboy" jurnalının Avstraliya nəşrinə model olaraq çılpaq poz verib. Sağlamlıq və fiqura ilə bağlı “Mind, Body and Soul” adlı videokurslarını yaradıb. Həmçinin “Angel at My Bedside” adlı alt paltar brendini ərsəyə gətirib. Los-Ancelesə köçməzdən əvvəl ara-sıra yerli seriala çəkilib. ABŞ-a gəldikdən sonra “Qara şəhər”, “İngilis”, “Malholland drayv”, “Rədd olsun məhəbbət” filmlərinə epizodik rollara çəkilib. Həmçinin efirə çıxmayan bir neçə teleserialın pilot epizodunda kamera qarşısına çıxıb. 2003-cü ildə “Casus qadın” və “Dostlar” seriallarına çəkilməklə müəyyən qədər uğur qazanıb. Ancaq aktrisa karyerasına təkan verən film 2005-ci ildə böyük ekranlara çıxmış “Amitivil dəhşəti” adlı filmin eyniadlı remeyki olur. Həmin il Cennifer Enistonla birgə “Xəyanətin qiyməti” trillerinə çəkilir. 2006-cı ili onun karyerasında ən məhsuldar illərdən adlandırmaq olar: “Daxilimdəki musiqi”, “İşgəncə kamerası”, “30 gecə” filmlərinə çəkilib. 2008-ci ildə televiziya məkanına qayıdaraq “Müalicə” dram serialında aparıcı rollardan birini alıb. 2013-cü ildə ABC telekanalında yayımlanan “Qotika” serialının pilot epizodunda antaqonist rolunu oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: