Ceyms Ellroy

Ceyms Ellroy

Ssenarist, yazıçı

BİOQRAFİYA

Ceyms Ellroy 4 mart 1948-ci ildə Los-Anceles şəhərində (ABŞ) tibb bacısı və mühasibin ailəsində dünyaya göz açıb. Valideynlərinin boşanmasından sonra anası ilə qalıb. 1958-ci ildə anası qətlə yetirilib, qətli törədən şəxsin kimliyi indiyə kimi müəyyən edilməyib. Məhz bu dəhşətli hadisə və atasının ona hədiyyə etdiyi “Polis jetonu” adlı polis fəaliyyəti haqqında sənədli kitab onun gələcək yazıçı karyerasına təsir göstərib. Gənc yaşlarında spirtli içki düşkünü olub. Bir neçə kiçik cinayətlər törədib və tüfeyli həyat sürüb. Həbsxanaya düşdükdən sonra səhhətində problemlər yaranır və pnevmoniyadan əziyyət çəkir. Buna görə də Ellroy həyat tərzini birdəfəlik dəyişməyə qərar verir. İçməyi tərgidir, yerli qolf-klubda özünə iş tapır və elə həmin il kitab yazmağa başlayır. 1981-ci ildə debüt dedektiv romanı işıq üzü görür. Ən məşhur əsərləri “Los-Anceles kvarteti” silsiləsindən olan romanlarıdır. Yazdığı romanın motivləri əsasında Kianu Rivzin baş rola çəkildiyi “Küçə kralları” (2008) blokbasteri lentə alınıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/James_Ellroy

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç