Adrian Lester

Adrian Lester

Aktyor

BİOQRAFİYA

Adrian Lester ingiltərəli aktyor, Britaniya imperiya ordeninin zabiti və Uorik universitetinin fəxri doktorudur. Daha çox “Virtuozlar” teleserialında Miki Briks roluna görə tanınır. 14 avqust 1968-ci ildə Birminqem şəhərində yamaykalı mühacir ailəsində anadan olub. Doqquz yaşından bəri Müqəddəs Çed kilsəsinin xorunda oxuyub. 14 yaşından etibarən Birminqemin Gənclər Teatrında səhnəyə çıxıb. Kral Dram İncəsənət Akademiyasında üç il təhsil alıb. Çoxsaylı Britaniya və Hollivud filmlərində ikinci dərəcəli rollara çəkilib. Aktrisa Lolita Çakrabarti ilə evlidir. Cütlüyün iki qız övladı var. Lester eyni zamanda idman ustasıdır. Taekvondo üzrə qara kəməri var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Adrian_Lester

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç